Fotoxalça nədir?

Rəsm və fotoşəkilləriniz avadanlıqlar vasitəsilə xalça şəklində toxunulur, Qeyri-adi, özəl bir hədiyyədir, insanlar ilk gördükləri zaman çox təsirlənirlər, FotoXalça döymə və boyama deyil, tamamilə toxunmadır.

Bu hədiyyənin bir bənzəri yoxdur, sadəcə hədiyyə etdiyiniz şəxs üçün xüsusi olaraq hazırlanır.

Əsas xüsusiyyətləri

- Xalçaya toxunulan şəkildəki rənglər eynilə FotoXalçada istifadə olunmur, çünki FotoXalça 5 rənglidir və toxunmada insan bədəninə ən yaxın rənglərdən istifadə olunur (sümük, açıq qəhvəyi, bej, tünd qəhvəyi, qara).

- FotoXalça 35sm X 45sm-dən başlayaraq 100sm X 150sm-ə qədər toxunulur. FotoXalçada istifadə olunan iplər polip ipləridir. 1 m²-nın ağırlığı 3 kq-dır.

- FotoXalça rahat şəkildə yuyula və təmizlənə bilər. Rənglərdə solma, qarışma ola bilməz.

- FotoXalça uşaq otaqlarında da rahatlıqla istifadə edilə bilər, çünki sağlamlıq baxımından heç bir qorxusu yoxdur.

Hazırlanma, Ödəmə və Çatdırılma

İlk öncə biz sizdən fotonu e-mail vasitəsilə qəbul edirik. Daha sonra həmin fotoya uyğun sifariş olunacaq FotoXalça formasını sizə e-mail vasitəsilə göndəririk. Siz həmin FotoXalça formasına baxıb, bəyənib və təsdiq etdikdən sonra sizin sifarişiniz hazırlanmağa başlanılır. Sifariş edilən FotoXalça məhsulları hazırlanmadan öncə 50% ilkin ödəniş olunmalıdır. FotoXalça sifarişiniz 10 iş günü ərzində hazırlanıb Sizə çatdırılır. Əlavə məlumatlar üçün Bizimlə əlaqə saxlaya bilərsiniz.


Məhsulların ölçüləri və Qiymətləri



Yaxınlarınızı, dostlarınızı, əzizlərinizi
maraqlı və özəl hədiyyənizlə
sevindirin və təəccübləndirin!



Fotoxalça standart ölçülərdə toxunur və
ölçülərə uyğun qiymətləri aşağıdakı kimidir:


Məhsulun adı Qiyməti
35X45 sm FotoXalça 90 AZN
40X60 sm FotoXalça 115 AZN
50X70 sm FotoXalça 150 AZN
60X80 sm FotoXalça 180 AZN
70X90 sm FotoXalça 240 AZN
100X130 sm FotoXalça 290 AZN
100X150 sm FotoXalça 385 AZN


Həmçinin sifariş etmək istədiyiniz FotoXalça ölçüsünü və şəkilləri send@fotoxalca.net e-mail ünvanına göndərə bilərsiniz.
Bizimlə əlaqə
Tel/WhatsApp: (+99450) 609-6111
Tel/WhatsApp: (+99455) 671-9494
e-mail: send@fotoxalca.net

Sosial şəbəkələrdə Bizi İzləyin